Bu sözləri 30 illik erməni işğalından azad edilən Füzuliyə gedən Səyyar Əliyeva söyləyib.
İlk dəfə Füzuliyə gedəcəyini qeyd edən S.Əliyeva deyib: "Torpaqlarımızın azad olunmasında əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm. Allah şəhidlərimizə rəhmət eləsin, bütün yaralılara cansağlığı arzulayıram".
O, məcburi köçkünlük illərində hər zaman dövlətin diqqət və qayğısını hiss etdiyini vurğulayıb. (AZƏRTAC)