20.10.2024, 09:38
AZ EN
26.01.2024, 07:51 272

Nüşabə Ağayeva: Tamamilə dağıdılmış şəhərlərin, kəndlərin sürətlə bərpası böyük sevinc doğurur

XƏBƏRLƏR
  • Otuz ilə yaxın işğal altında qalmış torpaqlarımız azad edildi. Tamamilə dağıdılmış şəhərlərin, kəndlərin bərpası böyük sevinc doğurur. Artıq iki ildir ki, insanlar öz yurdlarına qayıdırlar. Bu günləri görmək bizə də nəsib oldu. Çox sevinirik ki, bu gün biz də Füzuliyə qayıdırıq.

Bu sözləri doğma yurduna qayıdan Füzuli sakini Nüşabə Ağayeva söyləyib.

O, torpaqlarımızın azad olunmasına görə Azərbaycan Ordusuna minnətdarlığını bildirib, şəhidlərimizə rəhmət diləyib, qazilərə isə cansağlığı arzulayıb.

N. Ağayeva Xəzər rayonunda yerləşən 981 saylı hərbi hissədə məskunlaşdıqlarını bildirib. (AZƏRTAC)

Oxşar xəbərlər