22.09.2024, 02:54
AZ EN
10.04.2023, 12:20 195

Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan kitab festivalı keçirilir

XƏBƏRLƏR
  • Bakı İdman Sarayında aprelin 8-də başlanan II Uşaq Kitab Festivalı sabah başa çatacaq. Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan festival “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyinin (ANAİB) təşəbbüsü, Mədəniyyət, Gənclər və İdman, Elm və Təhsil nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə təşkil edilib.

Festivalın açılışında çıxış edən Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bu il Ümummilli iider Heydər Əliyevin anadan olmasının 100 illiyini qeyd etdiyimizi xüsusi vurğulayaraq söyləyib: “Ulu öndər deyirdi ki, bizim gələcəyimiz uşaqlarımıza və gənclərimizə nəyi necə öyrətməyimizdən çox asılı olacaq”. Uşaqlarımızın savadlı, vətənpərvər, mənəviyyatlı və dünyagörüşünün zəngin olması millətimizin, dövlətimizin, vətənimizin işıqlı gələcəyi deməkdir. Bunun da ən önəmli yolu kitablara sevgidən keçir”.

Qeyd edək ki, festivalda 24 nəşriyyat iştirak edir.

Mina RƏŞİD

Oxşar xəbərlər