22.11.2024, 19:09
AZ EN
31.08.2022, 11:00 403

Laçın sakini: Biz ötən 30 ildə doğma yurdumuza qayıdacağımıza heç vaxt şübhə etmədik

XƏBƏRLƏR
  • İllərdir bütün laçınlılar Laçın həsrəti ilə yaşayırdılar. Hər bir laçınlının qəlbində Vətən həsrəti, yurd nisgili vardı. Artıq bu həsrət sona çatıb. Müzəffər Ali Baş Komandanımızın qətiyyəti, şanlı Ordumuzun gücü sayəsində Laçınımız azadlığına qovuşub.

Bu fikirləri Laçın rayon sakini Güllü İbadova söyləyib. O, yenidən Laçına dönə biləcəyinə görə özünü xoşbəxt hesab etdiyini bildirib: “Azərbaycan Ordusunun Laçın şəhərinə yerləşməsi, Zabux və Sus kəndlərini nəzarətə götürməsi barədə xəbəri eşidəndə keçirdiyimiz sevinc hissini sözlə ifadə etmək çətindir. Çünki bu xəbəri 30 il gözləmişik. Nəhayət arzularımız reallığa çevrildi. Artıq təkcə laçınlılar üçün deyil, bütün azərbaycanlılar üçün çox əlamətdar olan hadisəyə - doğma Laçınımıza qayıdışın başlanmasına hazırlıqlara şahidlik edirik. Biz laçınlılar ötən illər ərzində doğma yurdumuza qayıdacağımıza heç vaxt şübhə etmədik. Tezliklə Laçına qayıdışın sevincini də yaşayacağıq. Mən də bir həkim kimi istəyirəm fəaliyyətimi doğma rayonumda davam etdirəm, sakinlərimizin sağlamlığının keşiyində duram. Bu möhtəşəm tarixi bizə bəxş edən Müzəffər Ali Baş Komandanımıza minnətdarlığımı bildirir, şəhidlərimizə rəhmət diləyir, qazilərimizə cansağlığı arzulayıram. Yaşasın Azərbaycan”. (AZƏRTAC)

Oxşar xəbərlər