23.12.2024, 12:11
AZ EN
02.12.2024, 16:51 119

Azad olunmuş ərazilərin seçiciləri bələdiyyə seçkilərində səs verə bilməyəcək

XƏBƏRLƏR
  • Bu bələdiyyə seçkisində yeddi seçki dairəsinin seçiciləri bələdiyyə seçkilərində səs verə bilməyəcək.

Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov komissiyanın bu gün keçirilən iclasında deyib

O bildirib ki, həmin seçki dairələrinin seciciləri tamamilə məcburi köçkünlərdən ibarətdir.

"Onlar öz doğma torpaqlarında tamamilə məskunlaşdıqdan sonra orada bələdiyyə seçkiləri keçiriləcək. Bu, böyük hadisə olacaq", - deyə sədr qeyd edib.

Qeyd edək ki, Azərbaycanda bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib.

Günel QULİYEVA

Oxşar xəbərlər