Azərbaycan Universitetinin Tərcümə və filologiya kafedrasının müəllimləri – dosent Eldar Şahgəldiyev, filologiya üzrə fəlsəfə doktorları Ləman Qasımlı, Heydər Quliyev və təhsil ocağının müəllimi Oqtay İsmayıl tərəfindən ingilis dilində hazırlanan “Ekoloji terminlər lüğəti” (“Glossary of Ecological Terms”) çapdan çıxıb.
İqlim dəyişikliyi və COP29 ilə bağlı aparılan təbliğat işinin və keçirilən maarifləndirmə tədbirlərinin nəticəsi kimi ərsəyə gətirilən vəsaitin söz tərkibi işlənmə tezliyi daha yüksək olan ekoloji terminlərdən ibarətdir.
Hazırladı: Mina RƏŞİD