Bu fikirləri “secki-2024.az” saytına açıqlamasında Əskişəhər Azərbaycanlıları Dərnəyinin sədri Cavid Məmmədov deyib.
Torpaqlarımızın işğal altında qaldığı dövrdə hər kəsin ürəyinin yaralı olduğunu bildirən dərnək sədri qeyd edib: “Əvvəlki seçkilər zamanı hər kəsin arzusu növbəti seçkilərin Qarabağı da əhatə etməsi idi. Hər kəs bu şüarları səsləndirirdi. İndi Azərbaycan bütün torpaqlarını işğaldan azad edib və xalqımızın arzusu yerinə yetib. Azərbaycan artıq yeni dövrə qədəm qoyub və bu dövrdə güclü addımlar atması üçün prezident seçkiləri mütləq idi. Ümid edirəm ki, Azərbaycan xalqı doğru qərar verəcək. Bu seçkilər xaricdə yaşayan soydaşlarımızı da sevindirir”.
Seçicilərdə ruh yüksəkliyinin olduğunu söyləyən Cavid Məmmədov bildirib ki, Əskişəhər Azərbaycanlıları Dərnəyinin üzvü olan soydaşlarımız da seçkilərdə yüksək səviyyədə iştirak edəcəklər. (AZƏRTAC)