25.04.2025, 16:26
AZ EN
30.01.2024, 09:43 379

Xocavənd sakinləri qanvermə aksiyasında iştirak ediblər

XƏBƏRLƏR
  • Beyləqan rayonu ərazisindəki Xocavənd qəsəbəsində könüllü qanvermə aksiyası keçirilib.

Xocavənd Rayon İcra Hakimiyyəti və Milli Hematologiya və Transfuziologiya Mərkəzinin birgə təşkilatçılığı ilə hemofiliya, talassemiya və leykimiya xəstəliklərindən əziyyət çəkən uşaq və yeniyetmələrə dəstək olmaq və onların qana olan ehtiyaclarını qismən də olsa qarşılamaq məqsədilə Xocavənd qəsəbəsində qanvermə aksiyası keçirilmişdir.

Aksiyada Xocavənd Rayon İcra Hakimiyyətinin, idarə, müəssisə, təşkilatların kollektivləri, rayon ictimaiyyətinin və gənclərin nümayəndələri aktiv şəkildə iştirak edərək qan vermişlər. Səhər saatlarından başlayan aksiyada xüsusi tibbi briqadanın həkimləri tərəfindən hər bir donorun sağlamlığı əvvəlcədən yoxlanılıb.

S.Süleymanova

Oxşar xəbərlər

SON XƏBƏRLƏR