14.03.2025, 21:50
AZ EN
16.01.2025, 15:01 317

Füzuli sakinlərinin səyyar qəbulu keçirilib

XƏBƏRLƏR
  • Füzuli Rayon İcra Hakimiyyəti başçısı Alı Alıyev Kürdəmir rayonunda müvəqqəti məskunlaşmış Füzuli rayonundan olan məcburi köçkünlərlə səyyar qəbul keçirib. Səyyar qəbulda RİH başçısı Aparatının məsul şəxsləri və Füzuli rayonundan olan məcburi köçkünlər iştirak ediblər.

Füzuli RİH başçısı Alı Alıyev çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsində qazanılan qələbədən, qısa müddət ərzində işğaldan azad olunmuş ərazilərdə aparılan geniş tikinti və quruculuq işlərindən bəhs edib. Rayon rəhbəri çıxışında eyni zamanda şəhid ailələrinə, müharibə əlillərinə, məcburi köçkünlərə göstərilən diqqət və qayğıdan söz açıb.
Səyyar qəbulda məcburi köçkünlərin müraciətləri dinlənilib, həmin müraciətlərə baxılması üçün aidiyyəti üzrə konkret tapşırıqlar verilərək, icrası nəzarətə götürülüb.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər

SON XƏBƏRLƏR