- Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq eko-fəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir.
Günə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanılıb.
Havanın qarlı, şaxtalı olmaına baxmayaraq, iştirakçılar 31 gündür etirazlarını davam etdirir, müxtəlif şüarlar səsləndirirlər. (APA)