- Doğma torpaqlarımıza qayıtdığım üçün çox sevincliyəm. Bu hissləri təsvir etmək qeyri-mümkündür. Xoşbəxt xalqıq ki, torpaqlarımızı azad etdik. Var olsun bu günləri bizə yaşadan milli Ordumuz, igidlərimiz, Ali Baş Komandanımız. Hər biri ilə fəxr edirik.
Bu sözləri Şuşa şəhərinə qayıdan keçmiş məcburi köçkün Yeganə Nəsibova deyib.
O bildirib ki, indi bu torpaqları daha da inkişaf etdirmək, dirçəltmək üçün hər bir vətəndaş çalışmalıdır. (AZƏRTAC)