18.10.2024, 16:26
AZ EN
18.10.2024, 12:28 215

Şuşa sakinlərinin növbəti səyyar qəbulu Bərdə rayonunda keçirilib

XƏBƏRLƏR
  • Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun növbəti səyyar qəbulu Bərdə rayonu, Şirvanlı kəndində yerləşən Şuşa rayon 19 nömrəli tam orta məktəbdə keçirilib.

Şuşa sakinləri qarşısında çıxış edən RİH-in başçısı Bayram Səfərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında işğaldan azad edilmiş doğma yurd yerlərimizdə, o cümlədən Şuşada aparılan tikinti-quruculuq-abadlıq işlərindən, əhalinin sosial durumunun yaxşılaşdırılması istiqamətində həyata keçirilən geniş həcmli sosial və infrastruktur layihələrindən, şəhid və qazi ailələrinə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışıb.

Səyyar qəbulda sakinlərin sosial müdafiə, mənzil-məişət şəraitinin yaxşılaşdırılması və digər məsələlərlə əlaqədar problemləri dinlənilib. Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin böyük bir qismi yerindəcə həll olunub, araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər