Bunu Komando mənsubu deyib.
O qeyd edib ki, Hadruta hücum Cəbrayıl istiqamətindən həyata keçirilib.
"Hərəkətimiz zamanı düşmənin 40-a yaxın hərbçisini pusquya salaraq yolda məhv etdik. Onları məhv etdikdən sonra Hadrutun dərinliyinə doğru sızmağa başladıq. Hadrutda düşmənin hərbi hissəsi yerləşirdi. Biz ora hücum elədik. Düşmən bizdən sayca üçqat çox idi. Lakin buna baxmayaraq düşməni məhv elədik. Bu döyüşdə şəhid və yaralılarımızın olmasına baxmayaraq, Hadrut qəsəbəsinə nəzarəti ələ keçirdik. Hadrut işğaldan azad edildikdən sonra istiqamət Şuşa şəhəri oldu. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı arzulayıram", - deyə Komando mənsubu bildirib. (Trend)