Bu sözləri Füzuli sakini İsaq Nəsirov deyib.
“Mən Bakıya gələndə oğlum birinci sinif şagirdi idi. Artıq illər keçib, nəvələrim də var və onlar dədə-baba yurdlarına geri dönürlər. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz torpaqlarımızı işğaldan azad etdi”, – deyən İsaq Nəsirov Allahdan şəhidlərimizə rəhmət diləyib, qazilərimizə cansağlığı arzulayıb.
Yaxın zamanda öz yurduna köçəcəyini diqqətə çatdıran Füzuli sakini doğma torpaqlarında hər şeyin daha da gözəl olacağına ümid edir. (AZƏRTAC)