Bununla bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev öz sosial şəbəkə hesabında paylaşım edib.
Qeyd edək ki, Prezident İlham Əliyev oktyabrın 3-də Zəngilan şəhərində altıncı yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak edib. Yaşayış kompleksi orta sıxlıqlı ərazidə, məktəb, uşaq bağçası, inzibati və ticarət zonalarının yaxınlığında yerləşəcək. Kompleks 3 ha ərazidə yaradılacaq.
Baş plana uyğun olaraq, kompleksdə 3, 4, 5 və 6 mərtəbəli çoxmənzilli binaların inşası nəzərdə tutulur. Burada tikiləcək yaşayış binalarında 177 mənzilin olması planlaşdırılıb. (APA)