21.11.2024, 23:55
AZ EN
22.10.2022, 16:48 165

Son sutkada COVID-19 infeksiyasına 56 yoluxma faktı qeydə alınıb

XƏBƏRLƏR
  • Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 56 yoluxma faktı qeydə alınıb, 57 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 822 min 908 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 812 min 601 nəfər müalicə olunaraq sağalıb, 9 min 937 nəfər vəfat edib. Aktiv xəstə sayı 370 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 540, bu günə qədər isə ümumilikdə 7 milyon 303 min 826 test icra olunub.

Oktyabrın 22-də yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 725 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bu barədə verilən məlumatda bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 258, ikinci doza vaksinlərin sayı 128, üç və daha çox doza vaksinlərin sayı 298, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 41-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 906 min 553, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 388 min 383, ikinci mərhələ üzrə 4 milyon 870 min 623, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 384 min 851, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 262 min 696-dır.

Oxşar xəbərlər