25.04.2025, 03:32
AZ EN
08.04.2025, 09:43 225

Bu gün Vətən müharibəsinin qəhrəman şəhidi Ruslan Əliyevin doğum günüdür

XƏBƏRLƏR
  • Ruslan Aslan oğlu Əliyev 2000-ci il aprelin 8-də Astara rayon Ərçivan qəsəbəsində anadan olmuşdur. Orta təhsilini də Ərçivan qəsəbəsi 4 saylı tam orta məktəbdə almışdır. Ruslan yeniyetmə və gənc yaşlarında Astara Boks Mərkəzində boksla məşğul olmuş, təlim məşqlərində, rayon və respublika yarışlarında müntəzəm iştirak edərək uğurlar qazanmışdır. Boks üzrə Azərbaycan birinciliyinin ikiqat gümüş və bürünc medalçısı, Azərbaycan yığma komandasının üzvü olmuşdur.

Azərbaycan Ordusunun əsgəri olan Ruslan Əliyev 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Tərtərin Ağdərə  istiqamətində gedən hərbi əməliyyatlarda iştirak etmişdir O, ağır döyüşlər zamanı düşmənin çoxlu texnika və canlı qüvvəsini məhv etmişdir. Ruslan sentyabrın 29-da Tərtərin Talış kəndi uğrunda gedən döyüşlərdə  qəhrəmancasına şəhid olmuşdur. Şəhidimiz sentyabrın 30-u doğulduğu Ərçivanda böyük ehtiram və izdihamla torpağa tapşırılmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Əliyev Ruslan Aslan oğlu ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “İgidliyə görə”medalları ilə təltif edilmişdir.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər