24.04.2025, 22:36
AZ EN
22.09.2024, 12:38 233

Tanıyaq və tanıdaq

XƏBƏRLƏR

Qubadlının qüruru, fizika elmləri doktoru, professor Mahirə Əliyeva

  • Mahirə xanım vətənpərvər, milli-mənəvi dəyərlərimizə, doğulduğu doğma Qubadlısına bağlı ziyalı qadınlarımızdandır.

Bu gün Mahirə xanım müdrik yaşındadır. Özünü o qədər xoşbəxt sanır ki... Çünki Qarabağımız, Şərqi Zəngəzurumuz düşmən işğalından tam azaddır. Artıq işğaldan azad edilən bölgələrimizdə Böyük Qayıdış Proqramı ardıcıllıqla həyata keçirilir. Odu sönmüş ocaqlarımızdan tüstü çıxır, işığı sönmüş evlərimizdə işıqlar yanır. 30 il qaysaq bağlayan topaq cana gəlir, həyat yenidən axarına düşür. Bütün bunlar Vətənsevər ziyalımızı çox qürurlandırır. Şükürlər edir bu günləri gördüyümüz üçün...

Əliyeva Mahirə Xasay qızı 1936-cı il sentyabrın 16-da Qubadlı rayonunda, ziyalı ailəsində anadan olmuşdur. 1953-cü ildə Qubadlı rayon orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (BDU) fizika-riyaziyyat fakultəsinə daxil olmiş, 1958-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirərək təyinat əsasında Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunun “Yarımkeçiricilər fizikası” laboratoriyasında kiçik elmi işçi vəzifəsində çalışmağa başlamışdır. 1966-cı ildə M.Əliyeva fizika-riyaziyyat elmləri namizədi elmi adını almaq üçün ADU-nun Elmi Şurasında “TlSe və İnSe monokristallarının alınması və onların fotokeçiciliyinin tədqiqi” mövzusunda dissertasiya işini müdafiə etmiş və 27 oktyabr 1966-cı il tarixində fizika-riyaziyyat elmləri namizədi diplomunu almışdır. 1967-ci ildən M.Əliyeva AEA Fizika institutunun “Yarımkeçiricilər fizikası” laboratoriyasında baş elmi işçi vəzifəsində çalışmışdır.

O, Azərbaycanda ilk dəfə   və   yarımkeçiricilərinin fotoelektrik, fotolüminessent, fotoxoll və termostimullaşmış keçiricilik xassələrini kompleks üsullarla tədqiq etmiş, 1968-ci ildən yarımkeçiricilərdə qeyri-tarazlıqlı proseslərin tədqiqi ilə məşğul olan qrupa rəhbərlik etmiş, 1971-ci ildə baş elmi işçi diplomunu almışdır. M.Əliyeva   və   yarımkeçiricilərinin fotoelektrik və fotolüminessent xassələrinin öyrənilməsi istiqamətində apardığı tədqiqatların nəticələrini SSRİ, beynəlxalq və respublika konfranslarında müzakirə etmiş, respublika və xarici jurnallarda 96 elmi əsərləri çap etdirmişdir.

M.X.Əliyeva 6 müəlliflik şəhadəthaməsi və ixtiranın müəllifidir.

1991- ci ildə doktorluq elmi dərəcəsini müdafiə edərək, fizika elmləri doktoru adına layiq görülmüşdür. Elə həmin ildən Azərbaycan Dövlət Neft Akademiyasının fizika kafedrasının professorudur.

Tahirə AĞAMİRZƏ        

Oxşar xəbərlər