23.11.2024, 01:45
AZ EN
17.09.2024, 07:00 242

Bursada Qərbi Azərbaycanın tarixi, mədəniyyəti və mətbəxi tanıdılıb

XƏBƏRLƏR
  • Türkiyənin Bursa şəhərində Qərbi Azərbaycanın tarixi, mədəniyyəti və mətbəxinin tanıdılması ilə bağlı tədbir keçirilib.

Bursa Azərbaycan İnnovasiya və Həmrəylik Dərnəyinin dəstəyi, Peşəkar Qənnadçılar, Gənclərin Töhvəsi İctimai və Azərbaycan - Türkiyə Qida Təhlükəsizliyi birliklərinin təşkilatçılığı ilə baş tutan tədbirdə bu şəhərdə yaşayan azərbaycanlılar və yerli sakinlər iştirak ediblər.

Əvvəlcə Türkiyə və Azərbaycan şəhidlərinin xatirəsi yad edilib, hər iki ölkənin Dövlət Himni səsləndirilib.

Mərasimdə çıxış edən Bursa Azərbaycan İnnovasiya və Həmrəylik Dərnəyi sədri Lətifə Nağdəliyeva, Azərbaycan - Türkiyə Qida Təhlükəsizliyi Birliyinin rəhbəri Məhsəti Hüseynova və Gənclərin Töhfəsi İctimai Birliyinin başçısı Asim Vəliyev Azərbaycanla Türkiyə arasındakı qardaşlıq əlaqələrini qeyd edərək, hər iki ölkə arasında qaşılıqlı fəaliyyətlərin vacibliyini vurğulayıblar.

Natiqlər Qərbi Azərbaycanın tarixi, mədəniyyəti, mətbəxi və ənənəvi yeməkləri haqqında qonaqlara geniş məlumat veriblər.

Sonra Peşəkar Qənnadçılar Birliyinin sədri Eynur Nağdəliyev və onun müavini Roman İmamquliyev Qərbi Azərbaycan mətbəxi və şirniyyatları haqqında danışıb, qonaqlara xüsusi hazırlanan Azərbaycanın milli şirniyyatlarını təqdim ediblər. (AZƏRTAC)

Oxşar xəbərlər