19.09.2024, 16:37
AZ EN
06.08.2024, 15:00 225

Füzulidə daha 300 nəfər işlə təmin olunmaq imkanı qazanıb

XƏBƏRLƏR
  • Füzulidə növbəti əmək yarmarkası təşkil olunub. Tədbir çərçivəsində işsiz və işaxtaran şəxslərə 20 müəssisədən 300-ə yaxın vakansiya təqdim olunub.

"Vətən səsi" xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı məlumata görə, Böyük Qayıdış proqramına uyğun olaraq, Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunmuş ərazilərimizə köçürülən sakinlər üçün aktiv məşğulluq proqramlar həyata keçirir. Agentlik tərəfindən Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə Füzuli şəhərindəki Mirzə Uluqbəy adına 1 saylı tam orta məktəbdə növbəti əmək yarmarkası təşkil olunub.

Tədbir çərçivəsində işəgötürənlərin iştirakı ilə keçirilən görüşdə onlara işğaldan azad edilmiş əraziləriimizdə həyata keçirilən məşğulluq tədbirləri, işəgötürənlərə dəstək layihələri barədə ətraflı təqdimat edilib.

Əmək yarmarkasında işsiz və işaxtaran şəxslərə 20 işəgötürən tərəfindən 300-ə yaxın vakansiya təqdim olunub. Müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlərin qeydiyyatı aparılıb. Həmçinin onlara Agentliyin icra etdiyi aktiv məşğulluq proqramları, layihələr barədə ətraflı məlumat çatdırılıb.

Elxan SALAHOV

Oxşar xəbərlər

SON XƏBƏRLƏR