23.12.2024, 12:50
AZ EN
20.12.2023, 14:48 337

“Qarabağ irsi: mədəniyyət, memarlıq, incəsənət” - beynəlxalq elmi konfrans

XƏBƏRLƏR
  • Dekabrın 20-də AMEA Humanitar Elmlər Bölməsi və Memarlıq və İncəsənət İnstitutun təşkilatçılığı ilə “Qarabağ irsi: mədəniyyət, memarlıq, incəsənət” mövzusunda 3-cü beynəlxalq elmi konfrans keçirilib.

Konfransı açan AMEA Humanitar Elmlər Bölməsinin sədr müavini akademik Teymur Kərimli “Heydər Əliyev İli" çərçivəsində AMEA-nın elmi müəssisə və təşkilatlarında ardıcıl olaraq tədbirlərin keçirildiyini diqqətə çatdırıb. Akademik tədbirin Qarabağın mədəni, memarlıq və incəsənət irsinin tədqiqi baxımından əhəmiyyətini qeyd edib, konfransın işinə uğurlar arzulayıb.

Tədbirdə Memarlıq və İncəsənət İnstitutunun elmi işlər üzrə direktor müavini sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Xəzər Zeynalov “AMEA rəssamlarının yaradıcılığında (Azərbaycan) Qarabağ mövzusu”, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Gülrəna Mirzə “XİX əsrdə Qarabağın təsviri və tətbiqi sənətləri”, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ramil Quliyev “Qədim Qarabağ mədəniyyətində bədən üstündəki təsvirlər”, Musiqi tarixi və nəzəriyyəsi şöbəsinin aparıcı elmi işçisi sənətşünaslıq üzrə fəlsəfə doktoru dosent Ülkər Talıbzadə “Azərbaycan bəstəkarlarının yaradıcılığında Zəfər mövzusu”, Şəhərsalma şöbəsinin müdiri dosent Samirə Abdullayeva “Zəfər yolu - şəhər və yaşayış məskənlərinin yenidən qurulması” adlı məruzələrlə çıxış ediblər.

Konfransda, həmçinin xarici ölkələri təmsil edən alimlərin - Özbəkistandan Akilova Kamolanın “Türk –səlcuq incəsənətinin insan obrazının təkamülü probleminə dair”, Rusiyadan Axmadullin Marsın “Rusiyanın türk xalqlarının yığma şriftləri” adlı məruzələri dinlənilib. (AZƏRTAC)

Oxşar xəbərlər