Səyyar görüşdə çıxış edən İcra başçısı sakinlərə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda və işğaldan azad olunmuş Cəbrayıl rayonunda görülən işlər barədə ətraflı məlumat verib. Rayon rəhbəri bildirib ki, regionların sosial-iqtisadi inkişafına böyük diqqət yetirən dövlət başçısının hərtərəfli qayğısı sayəsində zamanla bütün problemlər aradan qaldırılır və əhalinin sosial rifahına yönəlmiş tədbirlər bundan sonra da davam etdiriləcəkdir.
Sonra Cəbrayıl sakinlərinin təklif və istəkləri dinlənilib. Vətəndaşları narahat edən problemlər məsul şəxslər tərəfindən yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib, həlli vaxt tələb edən məsələlər isə nəzarətə götürülüb.
Səyyar qəbulda iştirak edən sakinlər müraciətlərinə həssaslıqla yanaşılmasından məmnunluqlarını bildirərək, yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bidiriblər.
Hazırladı: Mina RƏŞİD