Suqovuşan qəsəbəsində beşmərtəbəli yaşayış binalarının tikintisi ilə bağlı açıq tender elan edib.
"Vətən səsi" xəbər verir ki, elanda işğaldan nazad edilmiş həmin qəsəbədə tikilən 5 ədəd beşmərtəbəli bina üçün avadanlıqların satın alınması nəzərdə tutulub. Ərazilərin bərpası proqramı çərçivəsində inşa edilən yeni yaşayış binalarının hər biri iki girişli olacaq.
Tenderin şərtlərinə uyğun olaraq, müsabiqədə iştirak etmək istəyən şirkətlər 1000 manat məbləğində iştirakhaqqı ödəməlidir. Müsabiqədə iştirak etmək istəyənlər öz təkliflərini ən geci aprelin 30-dək satınalan təşkilatın ünvanına (Ağdam şəhəri) təqdim etməlidir.
Elanda həmin yaşayış binalarında istifadə olunacaq avadanlıqların alınması üçün ehtimal olunan qiymət də açıqlanıb: 2 milyon 255 min 422 manat.
Xatırladaq ki, hazırda Suqovuşanda inşası davam etdirilən beş ədəd beşmərtəbəli yaşayış binasının bu ilin yayında istifadəyə veriləcəyi gözlənilir.
Elxan SALAHOV