Məlumat üçün bildirək ki, Elxan Nəcəfinin atası Şükür Nəcəfi Birinci Qarabağ müharibəsi zamanı 1993-cü ildə Ağdam döyüşləri zamanı şəhid olub. Elxan Nəcəfi isə Vətən Müharibəsi zamanı Füzuli, Cəbrayıl, Qubadlı və Laçın uğrunda gedən döyüşlərdə qəhrəmancasına iştirak edərək ölkə başçısı, Ali Baş Komandan İlham Əliyev tərəfindən bir çox yüksək dərəcəli medallarla təltif edilib.
Qəhrəman şəhidimiz Elxan Nəcəfli haqqında kitab şəhidin ailəsinə təqdim edilib. Bu barədə kitabın müəllifi tanınmış şair, yazıçı, “Yazarlar” jurnalının baş redaktoru Zaur Ustac öz FB səhifəsində məlumat verib. Həmin məlumatı olduğu kimi “Vətən səsi”nin oxucularına çatdırırıq.
“Allah rəhmət eləsin... Ruhu şad olsun... Əmanət ünvanına çatdı. Bu gözəl gündə (Cümə axşamı) şəhidi-şühəda Nəcəfi Elxanın evində olduq, ziyarət etdik. Ruhuna dualar oxuduq. Yeni kitab "Nəcəfi Elxan" ı ailəsinə təqdim etdik. Balaca Şükürlə sonda da olsa, söhbət etdik...
Şəhidimizin ruhu şad olsun!
Mina RƏŞİD