25.04.2025, 13:43
AZ EN
03.09.2024, 17:23 333

Elşad Mirbəşiroğlu: "Biz öz obrazımızı bir daha dünyaya təqdim etdik"

XƏBƏRLƏR
  • "Biz öz obrazımızı bir daha dünyaya təqdim etdik. Gücə sahib olan, amma sülh tərəfdarı olan dövlətik."

Bu sözləri siyasi şərhçi Elşad Mirbəşiroğlu Qərbi Azərbaycan TV-ə açıqlamasında ifadə edib.

O, vurğulayıb ki, bizim torpaqlarımız Ermənistanın işğalı altındaydı: "Biz dözdük buna. Amma dünya elə başa düşürdü ki, və yaxud da ki, elə başa düşə bilərdi ki, Azərbaycan sadəcə olaraq bülef edir. Yəni, onun gücü yoxdur. Psixoloji cəhətdən biz təsir etməyə çalışırıq. Sadəcə olaraq, biz bu ritorikadan çıxış edirik. Ermənistanla danışıqlar masası arxasında vaxt keçirməkdən başqa yolumuz yoxdur. Amma 2020-ci ildə biz bütün dünyaya göstərdik ki, Azərbaycan güclü dövlətdir. Biz gücə sahib olan, amma sülh tərəfdarı olan dövlətik",- deyə Elşad Mirbəşiroğlu əlavə edib.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər