Abbasov Rəşat Mürvət oğlu 27 may 1988-ci ildə Kəlbəcər rayonunun Təkəqaya kəndində dünyaya gəlmişdir. Ancaq erməni faşistləri rayonu işğal etdikləri üçün Rəşatgilin ailəsi Naftalan şəhərində məskunlaşmışdır. Ona görə də R.Abbasov burada fəaliyyət göstərən Kəlbəcər rayon 28 saylı tam orta məktəbi bitirmişdir. Orta təhsildən sonra həqiqi hərbi xidmətə çağırılmış, Quru Qoşunlarında xidmət etmişdir. Ordudan tərxis olunduqdan sonra MAHHXHQ kimi xidmətini davam etdirmişdir. Vətən müharibəsində o, Tərtər, Suqovuşan və Laçın istiqamətində döyüşlərdə iştirak etmişdir. Suqovuşan döyüşlərində yaralanmışdır. Rəşat Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə "Suqovuşanın azad olunmasına görə", "Laçının azad olunmasına görə" medalları ilə təltif edilmişdir. Ailəlidir, üçüncü dərəcəli əlildir.
İsa Musayev