18.10.2024, 14:20
AZ EN
13.03.2023, 11:29 94

“Dərələyəz şəhidləri” kitabının təqdimat mərasimi keçirilib

XƏBƏRLƏR

Qərbi Azərbaycan İcmasında Azərbaycan Respublikasının torpaqlarının müdafiəsi uğrunda gedən döyüşlərdə şəhid olmuş “Dərələyəz şəhidləri” kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə şəhid ailələri, Dərələyəz  ağsaqqalları, görkəmli elm xadimləri iştirak ediblər. Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra “Dərələyəz şəhidləri” kitabı haqqında məlumatlar verilib. Qeyd edilib ki, kitabda barələrində yazılan 110 nəfər Birinci Qarabağ müharibəsində, Xocalı faciəsində və eləcə də 44 günlük Vətən müharibəsində erməni faşistləri ilə amansız döyüşlərdə tökülən qanları, verilən canları bahasına şəhidlik zirvəsinə ucalıblar.

Kitabın müəllifi Dərələyəz qəzetinin təsisçisi və baş redaktoru Raqub Kamaldır.

O, bildirib ki, “Dərələyəz şəhidləri” kitabını yazmağı özümə şərəf və mənəvi borc bilirəm.  Kitab 216 səhifədən ibarətdir. Birinci Qarabağ, Xocalı faciəsi və 44 günlük Vətən müharibəsində şəhid olan qəhrəmanlarımız haqqındadır. Kitabda Dərələyəz mahalından olan 2 Milli Qəhrəman, 6 “Azərbaycan bayrağı” ordeni ilə təltif olunmuş şəhidlərimiz haqqında geniş məlumat yer alıb.

Tədbirin sonunda kitab iştirakçılara tədbim olunub.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər