22.11.2024, 07:42
AZ EN
30.08.2024, 15:42 275

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Xocalı RİH-i tədbir keçirib

XƏBƏRLƏR
  • “Yaşıl dünya naminə həmrəylik ili” və COP29 ərəfəsində həyata keçirilən genişmiqyaslı ekoloji tədbirlər, yaşıllaşdırma işləri çərçivəsində Xocalı rayonunda da bir sıra tədbirlər keçirilməkdə davam edir. Bu məqsədlə Xocalı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə maarifləndirici tədbir keçirilib.

Tədbirdə çıxış edənlər iqlim dəyişiklikləri və onların canlı aləmə mənfi təsirlərindən, ekoloji mədəniyyətdən söhbət açaraq bu sahəyə diqqətin artırılması, beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin əhəmiyyətini vurğulayıblar.

Sağlam ətraf mühitin insanın həyatına, səhhətinə təsirindən, həmçinin ekoloji maarifləndirmənin əhəmiyyəti barədə iştirakçılara geniş məlumat verilib. Sağlam dünya naminə, ətraf mühitə diqqət və qayğının artırılmasından, yaşıllıqların salınmasında aktiv iştirak etməyin vacibliyindən danışılıb.

Tədbir diskussiya şəklində davam etdirilib.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər

SON XƏBƏRLƏR