10.06.2025, 00:45
AZ EN
20.07.2024, 09:27 339

Bu gün şəhid gizir İsmayıl Xanəliyevin doğum günüdür

XƏBƏRLƏR
  • Gizir Xanəliyev İsmayıl Ziyad oğlu 1999-cu il iyul ayının 20-də Salyan rayonunun Şəkərli kəndində anadan olmuşdu.

İsmayıl Xanəliyev 19 sentyabr 2023-cü il tarixdə Qarabağda Azərbaycan Silahlı Qüvvələri və erməni silahlı birləşmələri arasında silahlı toqquşma zamanı, 24 saat davam edən hərbi əməliyyatlar nəticəsində qəhrəmancasına şəhid olub.

Böyük izdiham və ehtiramla rayonun Şəhidlər Xiyabanında dəfn edilib.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Gizir Xanəliyev İsmayıl Ziyad oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Allah rəhmət eləsin.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər