22.12.2024, 18:37
AZ EN
15.09.2023, 17:31 215

Laçında ilk dəfə əmək yarmarkası keçiriləcək

XƏBƏRLƏR
  • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən sentyabrın 20-də Laçın şəhərində ilk dəfə əmək yarmarkası təşkil ediləcək.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Şəhərin Seyrangah ərazisində təşkil olunacaq məşğulluq tədbirində işsiz və işaxtaran şəxslərə 20 müəssisə tərəfindən müxtəlif istiqamətlər üzrə 130 vakansiya təqdim ediləcək.

Bildirilib ki, Böyük Qayıdış proqramı üzrə Laçın rayonuna köçürülən sakinlərin məşğulluğuna dəstək tədbirləri davam etdirilir. Yarmarka iştirakçılarına Agentliyin icra etdiyi layihə və tədbirlər barədə də ətraflı məlumatlar veriləcək.

Yarmarka saat 10:00-dan 13:00-ə kimi davam edəcək.

Oxşar xəbərlər