Görüşdə Şuşa Rayon İcra Hakimiyyəti başçısı Bayram Səfərov bildirdi ki, artıq 21-ci ildir ki, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi və milli maraqlarının təmin olunması sahəsində Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursu respublikamızı beynəlxalq aləmdə etibarlı tərəfdaş ölkə kimi tanıdır. Ölkə başçısının yorulmaz fəaliyyəti nəticəsində ölkəmizin artan nüfuzu, "Böyük Qayıdış" Proqramının sürətlə icra edilməsi, əhalinin rifahının yaxşılaşdırılması istiqamətində görülən işlər barədə görüş iştirakçılarına ətraflı məlumat verdi.
Rayon sakinləri çıxış edərək işğaldan azad edilmiş torpaqlarımızda aparılan abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və rayon rəhbərindən onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş etdilər. Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov qəbula gələn vətəndaşların qaldırdıqları məsələlərin bir hissəsini yerində həll etdi, digər vacib məsələlərin həlli üçün müəyyən tapşırıqlar verərək həlli prosesini nəzarətə götürdü. Vətəndaşların müraciətl ilə bağlı mövcud vəziyyətlə tanış olan rayon rəhbəri qaldırılan hər bir məsələyə bundan sonra da diqqətlə baxılmasını və nəzarətə götürülməsini tapşırdı.
Hazırladı: Mina RƏŞİD