22.12.2024, 10:13
AZ EN
19.12.2023, 17:18 333

“Forbes” Vardanyanın ermənilərə xərclədiyi pulların məbləğini açıqladı

XƏBƏRLƏR

Dünyaca məşhur “Forbes” jurnalı hazırda Bakıda məhbus həyatı yaşayan cinayətkar erməni milyarder Ruben Vardanyanın Ermənistana və Qarabağa xərclədiyi pullar barədə sesnsasion məlumat yayıb. Məlum olub ki, 44 günlük Vətən müharibəsindən sonra Rusiyadakı işini buraxıb Qarabağa gələn Vardanyan Azərbaycan ordusunun bu ilin sentyabrında həyata keçirdiyi lokal xarakterli antiterror əməliyyatlarınadək "xeyriyyə" adı altında separatçılara 700 milyon dollardan çox pul xərcləyib.

"Vətən səsi" xəbər verir ki, "Forbes" bununla bağlı faktları açıqlayıb. Bildirilir ki, Vardanyanın təşəbbüsü ilə 2022-ci ildə Qarabağda yaradılmış qondarma “Biz və bizim dağlar" və "Ərazi İnkişaf Agentliyi" vasitəsilə Rubenin ailəsinin vəsaiti və donorların ianələri hesabına 187 tondan çox ərzaq alınaraq Qarabağda yaşayan ermənilərə paylanıb. Daha 187 min dollara isə su təchizatı və istilik sistemləri alınıb.

Bundan başqa ucqar kəndlərdə yaşayan ermənilər üçün mobil ilkin tibbi yardım qurplarının yaradılması, elektrik avadanlıqları və nəqliyyat vasitələrinin alınmasına təxminən 110 min dollar xərclənib. Daha 172 min dollara isə 10 yaşından kiçik uşaqlar üçün Yeni il hədiyyələri alınıb ki, bundan da , 12 min uşaq "yararlanıb".

Ruben Vardanyanın təsis etdiyi "İDEYA" Fondundan isə bildirilib ki, onun ailəsi və tərəfdaşları 2021-ci ildən 2023-cü ilədək Azərbaycanın Qarabağ bölgəsində və Ermənistanda 700 milyon dollardan çox "sərmayə" qoyub. O, həmin müddət ərzində təkcə Qarabağda müxtəlif layihələrə 8 milyon dollar xərcləyib.

Vardanyan bu yatırımların bir hissəsini Qarabağa köçməzdən xeyli əvvəl yönəldib. 2008-ci ildə "Böyük artsax toyu" layihəsi çərçivəsində 700-ə yaxın cütlük evləndirib.

Xatırladaq ki, qondarma "Dağlıq Qarabağ Respublikası"nın üzdəniraq "dövlət naziri” Ruben Karleni Vardanyan sentyabrın 27-si Azərbaycandan Ermənistan istiqamətində hərəkət edərkən saxlanılıb. O, Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilib.  Ona qarşı Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham irəli sürülüb, barəsində həbs qərimkan tədbiri seçilib.

Elxan SALAHOV

Oxşar xəbərlər