Bunu açıqlamasında Şuşada “Əhalinin peşə hazırlığının təşkili” mövzusunda keçirilən tədbirdə iştirak edən Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli deyib.
“Vacib məsələlərdən biri peşə hazırlığıdır və agentliyin tabeliyində olan dörd peşə hazırlığı mərkəzi vasitəsilə bu proqramı həyata keçirməyə çalışırıq. Eyni zamanda, 2021-ci ildən başlanılan dövlət-özəl tərəfdaşlıq modeli çərçivəsində özəl təlim müəssisələri ilə daimi sifarişlər həyata keçiririk. Bugünkü tədbirdə biz o müəssisələri Şərqi Zəngəzur və Qarabağ ərazisinə dəvət etdik. Onların fəaliyyətinə dəstək gösdərilməsini müzakirə etdik”, – deyə İdarə Heyətinin sədri bildirib.
Mustafa Abbasbəyli işğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatı, tikinti, emal sənayesi, ictimai iaşə, turizm sahələri, eləcə də alternativ enerji üzrə mütəxəssislərə daha çox ehtiyac olacağını qeyd edib. (AZƏRTAC)