Bu gün şəhidimiz Kərimov Əhməd Vaqif oğlunun doğum günüdür. O,
4 avqust 1989-cu ildə Göyçay rayonunda dünyaya gəlib. Azərbaycan Koorperasiya Universitetinin məzunu idi. Əhməd 2020-ci il sentyabrın 27-də başlanan 2-ci Vətən Müharibəsinə könüllü olaraq yollanıb. Müharibə başlayandan düz sona qədər düşmənlə savaşıb. Ancaq Şuşanın azad edilməsinə bircə gün qalmış qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Döyüş yoldaşları danışırlar ki, onlar artıq Şuşaya yaxınlaşmışdılar. Əhməd digər yoldaşlarına köməyə gedərkən qəfil düşmən gülləsinə tuş gəlir...
Ailəsi, dostları və bütün Vətən övladları Əhməd kimi oğulları ilə fəxr edir, onların adını həmişə uca tuturlar.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə Kərimov Əhməd Vaqif oğlu “Vətən uğrunda”, "Füzulinin azad olunmasına görə" və "Döyüşdə fərqlənməyə görə" medalları ilə təltif edilib.
Doğum günün mübarək, Şuşa alındı, rahat uyu, məzarın nurla dolsun, şəhidim!
Mina RƏŞİD