AMEA-nın saytına istinadən xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin koordinatorluğu ilə həyata keçirilən ekspedisiyaya institutun laboratoriya rəhbəri, kimya elmləri doktoru Xəqani Məmmədov rəhbərlik edib. Ekspedisiyanın əsas məqsədi sularda radioaktiv radon qazının qatılığının təyin edilməsi olub.
Tədqiqatlarda Radiasiya Problemləri İnstitutunun “RAD7”, “Radiogem”, “İnspector-1000” və xüsusi “İzotop” kombinatının “Alfaguard” cihazlarından istifadə olunub. Alınan nəticələr Ümumdünya Səhiyyə Təşkilatının və ABŞ Ətraf Mühit Agentliyinin standartları ilə müqayisə olunub. 5 su mənbəyində aparılan tədqiqatlar göstərir ki, bu sularda radon-radioaktiv izotopunun qatılığı yol verilən həddi keçmir. (APA)