22.11.2024, 18:08
AZ EN
02.08.2022, 14:45 434

İndiyədək Qarabağ və Zəngəzurda 124 hərbçi minaya düşüb, 7-si həlak olub

XƏBƏRLƏR
  • 2020-ci ilin noyabrın 10-dan indiyədək azad edilmiş ərazilərdə minaya düşərək həlak olan və yaralanan hərbçilərin sayı açıqlanıb.

Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, hazırkı dövrədək 124 hərbçi minaya düşüb.

Nəticədə 7 hərbi qulluqçu həlak olub, 117-si isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xatırladaq ki, 2020-ci ilin noyabrın 10-dan indiyədək azad edilmiş ərazilərdə mina partlaması nəticəsində 32 mülki şəxs həlak olub, 67-si isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. (Report)

Oxşar xəbərlər