18.10.2024, 09:19
AZ EN
07.06.2024, 15:52 274

Prezident İlham Əliyev Zəfər, Dirçəliş və Böyük Qayıdışın memarıdır

XƏBƏRLƏR

Hacı Nərimanoğlunun “Şərqi Zəngəzur – Quruculuq və Böyük Qayıdışın ünvanı” adlı kitabı işıq görüb

  • Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, sarsılmaz siyasi iradəsi, qətiyyətli sərkərdəlik bacarığı sayəsində xalqımızın və rəşadətli ordumuzun  44 gün davam edən Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərdən dərhal sonra dövlətimizin başçısının rəhbərliyi ilə Şərqi Zəngəzur iqtisadi rayonunda başlanan genişmiqyaslı işlər yazıçı-publisist, tarix üzrə fəlsəfə doktoru Hacı Nərimanoğlunun yeni çapdan çıxan “Şərqi Zəngəzur – Quruculuq və Böyük Qayıdışın ünvanı” kitabında zəngin informasiya və analitik materiallarla əks olunub.

“Prezident İlham Əliyev Şərqi Zəngəzurun bərpasının və Böyük Qayıdışın memarıdır” adlı Ön sözlə açılan kitabda Prezident  İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın 44 günlük tarixi qələbədən bir neçə gün sonra - 16 noyabr 2020-ci ildə Şərqi Zəngəzur bölgəsinə ilk səfərlərindən başlayaraq Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonlarında çoxsaylı görüşlərinə, açılış və təməlqoyma törənlərinə  dair məlumatlar rəngli fotolarla 60-dan çox başlıqla Zəfər, Dirçəliş və Böyük Qayıdış fəsillərində təqdim edilib.

Kitabda Vətənimizin ayrımaz parçası olan Zəngəzurun tarixi keçmişi, Prezident İlham Əlievin Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması haqqında qərarının siyasi əhəmiyyəti, nankor qonşularımızın törətdikləri vandalizmin nəticələrinin aradan qaldırılması üçün gerçəkləşən dövlət proqramlarının, reallaşan layihələrin bu günkü mənzərəsi və gələcək perspektivləri, Şərqi Zəngəzurun iqtisadi potensialı, təbii sərvətləri barədə materiallar da yer alıb.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Zəngəzur" Cəmiyyətləri İctimai Birliyi tərəfindən həyata keçirilən “Şərqi Zəngəzur- Quruculuq və Böyük Qayıdışın ünvanı” layihəsi çərçivəsində nəşr edilən kitabda Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasətin regionda daimi sülhün, əmin-amanlığın bərpasına şərait yaradacağına inam ifadə olunur.

Yüksək poliqrafik formatda rəngli tərtibatda nəşr edilmiş 240 səhifəlik kitab əvvəldən sonadək Prezident İlham Əliyevin nəşrin üz səhifəsində də əks olunmuş bu fikrinin artıq gerçəkliyə çevrilməsinin sənədli sübutudur: “Mən demişdim ki, biz Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik”.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər