22.12.2024, 18:46
AZ EN
13.02.2024, 17:53 228

Naxçıvanı Zəngəzurla birləşdirən əsas nöqtələrdən biri - Salamməlik stansiyası

XƏBƏRLƏR
  • Naxçıvanı Zəngəzurla birləşdirən əsas nöqtələrdən biri Salamməlik stansiyasıdır. Bu yol, bu tunel vaxtilə Zəngəzura keçid sayılıb.

1941-ci ildə istifadəyə verilən Salamməlik stansiyası həm də Naxçıvan Muxtar Respublikasını Azərbaycanın digər hissəsinə birləşdirib.

Bakıdan muxtar respublikaya gələn qatarların ilk dayanacağı Salamməlik stansiyası olub. Vaxtilə çoxlu sayda dəmir yolu heyətinin çalışdığı bu stansiya indi də qatarları və sərnişinləri gözləyir.

Sədərəkdən Ordubada qədər olan dəmir yolunun uzunluğu 188 kilometrdir. 1941-ci ildə istifadəyə verilən Salamməlik stansiyasından Zəngilanın Ağbənd stansiyasına qədər olan məsafə 54 kilometrdir. İki stansiya arasında isə Zərəni, Kərçivan, Mehri, Astazur, Nüvədi stansiyaları yerləşir. (APA)

Oxşar xəbərlər