Klubun mətbuat xidmətinə istinadən xəbər verilir ki, Ağdam təmsilçisi ev oyunlarında biletlərlə bağlı bütün səlahiyyətlər bundan sonra “iTicket” şirkətinə həvalə edilib.
Bildirilib ki, biletlərlə bağlı hər hansı istək və suallar yaranacağı təqdirdə “iTicket” şirkətinə müraciət etmək lazımdır.
“Qarabağ” klubu “Ferenstvaroş”a qarşı ilk matçını avqustun 3-də Bakıda, cavab qarşılaşmasını isə avqustun 9-da Budapeştdə keçirəcək. (AZƏRTAC)