Bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov mövzu ilə bağlı mətbuata açıqlamasında ifadə edib.
Millət vəkili hesab edir ki, dini radikalizm hardasa təhsillə bağlıdır: “Baxın, harda ki, təhsil yoxdu, harda ki, cəhalət var, harda ki, mövhumat var, xurafat var, dini radikalizm həmin yeri bir münbit ərazi bilərək orda daha sürətli bir formada özünü göstərir. Amma harda ki, elm var, savad var, bilik var, burda artıq radikalizm üçün o qədər də yer olmur. İstisnalar ola bilər. Bəzən hansısa bir savadlı insanın da, (bu dünya praktikasında var) müəyyən zərərli təsirlərə məruz qaldığı hallar olur: “Amma ümumilikdə götürdükdə isə biz bu gün müsəlman düyasının xəritəsinə də baxanda, o müsəlman ölkələrindəki radikalizm güclüdür, onun səbəblərini araşdıranda ən birinci səbəbin təhsilzislik olduğunu açıq-aydın görürük. Yəni bu gün o müsəlman ölkələrində ki, təhsil çox yüksəkdi, orda radikalizmə meyl aşağıdır. Harda ki, təhsil o qədər də yüksək səviyyədə deyil, o artan temple gedir”.
Bu gün biz bunu Əfqanıstnın nümunəsində görə biləcəyimizə diqqətçəkən millət vəkili daha sonra əlavə edib ki, bu gün Suriyada müəyyən proseslər gedir: “Digər ərəb ölkələrində müəyyən proseslər gedir ki, burada da təhsilin aşağı olması, dünya görüşününün zəif olması, intellektual səviyyənin aşağı olması birbaşa təsir göstərir. Çünki savadlı, bilikli insanın dinə yanaşması, dini görüşlərə baxışı tamamilə fərqlənir. Lakin o qədər də dərin təhsili, biliyi olmayan insanlar daha sürətli bir formada, (çünki onlar araşdırmırlar) hansısa bir formada təriqətlərin, hansısa bir zərərli ideologiyaların qurbanına çevrilə bilirlər. O mənada təhsil çox önəmlidir. Mən hesab edirəm ki, radikalizmlə mübarizədə ən güclü silahlardan biri də təhsildir və maarifləndirmədir”,- deyə C.Məmmədov vurğulayıb.
Tahirə AĞAMİRZƏ