12.03.2025, 21:05
AZ EN
25.10.2023, 15:10 389

Sumqayıtda Zəngilan sakinlərinin səyyar qəbulu keçirilib

XƏBƏRLƏR
  • Zəngilan Rayon İcra Hakimiyyəti başçısı Ramiz Həsənov növbəti səyyar qəbul-görüşünü Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində məskunlaşan zəngilanlı sakinlərlə keçirib.  

Qəbulda Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhər, qəsəbə, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklər, idarə, təşkilat rəhbərləri iştirak ediblər.

RİH-in başçısı vətəndaşların müraciətlərini dinləyib. Qaldırılan məsələlərin hər biri qeydə alınaraq, qanunamüvafiq formada həlli üçün müəyyən qurumlara müraciət olunacağı bildirilib. Bəzi məsələlərin həlli istiqamətində aidiyyəti üzrə idarə rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Mina RƏŞİD

Oxşar xəbərlər