Coşqun Bayramov 1991-ci il mayın 25-də Qəbələ rayonunun Qəmərvan kəndində anadan olub. Orta təhsilini Qəbələ rayonu Kiçik Əmilli kənd məktəbində alıb.
2009 cu ildə hərbi xidmətə çağırılıb. Hərbi xidmətini Beyləqan rayonundakı hərbi hissədə çavuş kimi başa vurub. 2020-ci ilin sentyabrın 21-də başlayan hərbi təlimlərə qatılıb, 27-də isə Vətən Müharibəsində torpaqlarımızı qorumağa üz tutub. Oktyabrın 6-da Suqovuşan döyüşləri zamanı qəhrəmancasına döyüşərək şəhidliyin zirvəsinə ucalıb. Qəhrəmanımız Qəbələ rayonunun Qəmərvan kəndində böyük ehtiram və izdihamla torpağa tapşırılıb.
Bir oğlu yadigar qalıb.
Coşqun Bayramov Ölümündən sonra "İgidliyə görə", "Laçının azad olunmasına görə", "Suqovuşanın azad olunmasına görə", “Vətən uğrunda” medalları ilə təltif edilib.
Allah rəhmət eləsin!
Tahirə AĞAMİRZƏ