23.06.2025, 15:50
AZ EN
25.10.2023, 14:28 363

Kamal Həsənov Cəbrayıl sakinlərinin səyyar qəbulunu keçirib

XƏBƏRLƏR
  • Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov 7 saylı Cəbrayıl qəsəbə klubunda sakinlərin səyyar qəbulunu keçirib.

Səyyar qəbulda Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, aparatın məsul əməkdaşları, İnzibati Ərazi Dairələri üzrə nümayəndələr, qəsəbədə məskunlaşan rayon sakinləri iştirak ediblər.
Qəbulda rayon rəhbəri bildirib ki, yerlərdə səyyar qəbulların keçirilməsində məqsəd vətəndaşların gündəlik qayğı və problemlərinin öyrənilməsi, onları narahat edən məsələlərin yerində araşdırılması, habelə qaldırılan məsələlərin ədalətli həllinə nail olmaqdır. Daha sonra İcra başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlardan danışaraq bütün bunların vətəndaşlara olan dövlət qayğısının göstəricisi olduğunu bildirib.
Rayon rəhbəri bütün müraciətləri dinləyib və rayon İcra Hakimiyyətinin səlahiyyətlərinə aid olan məsələlərin qanunvericiliyin tələblərinə uyğun olaraq ən qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Digər məsələlərlə bağlı isə müvafiq izahatlar verilib.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər