Bunu Şuşa şəhərinə köç edən keçmiş məcburi köçkün Gülnarə Yusif qızı Məmmədova deyib.
O qeyd edib ki, artıq yataqxanada köçkünlük həyatları bu gün başa çatır:
"Bu illər ərzində Biləcəridəki yataqxanada köçkünlük həyatı yaşamışıq. Olmazın çətinliklərlə, həyatın amansız sınaqları ilə üz-üzə qalmışıq. Sinəmizdə 30 illik köçkün həyatı dağı bu günlərə çatmışıq. Şükür ki, bu gün yurdumuza qovuşuruq.
Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!" (Report)