20.04.2025, 10:15
AZ EN
13.06.2024, 15:38 340

Xocavənd qəsəbəsində “Milli Qurtuluş Günü” konsert proqramı ilə qeyd edilib

XƏBƏRLƏR
  • Bu gün Xocavənd qəsəbəsi Rayon Mədəniyyət evində 15 İyun - Milli Qurtuluş Günü ilə əlaqədar konsert proqramı təqdim edilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və ərazi bütövlüyümüzün bərpası uğrunda gedən döyüşlərdə canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bayram tədbirində Xocavənd Rayon İcra Hakimiyyəti başçısının müavini Əfsanə Quliyeva, Aparatın əməkdaşları, idarə və müəssisə rəhbərləri və kollektivləri, məktəblilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Konsertdə bəstəkar və xalq mahnıları səslənib, rəqs nümunələri təqdim olunub, konsert iştirakçılarının çıxışları alqışlarla qarşılanıb.

Mina RƏŞİD

Oxşar xəbərlər