25.04.2025, 01:41
AZ EN
16.05.2024, 08:47 351

Xocavənd RİH-də “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində tədbir keçirilib

XƏBƏRLƏR
  • Xocavənd Rayon İcra Hakimiyyətində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Beynəlxalq Ailə Gününə həsr olunmuş “Ekoloji düşüncə ailədən başlayır” mövzusunda tədbir keçirilib.

Tədbirdə Xocavənd Rayon İcra Hakimiyyəti başçısının müavini Əfsanə Quliyeva, YAP Xocavənd Rayon Təşkilatının sədri Vüsal Hüseynov, Xocavəndin ən uzunömürlü (66 il) ailələrindən olan Hüseynovlar ailəsi, nümunəvi ailələr və gənclər iştirak etmişlər. Çıxış edənlər ekoloji düşüncə və ekoloji mədəniyyətin yaranmasında ailənin rolundan, milli-mənəvi dəyərlərdən söhbət açıblar.

Tədbirdə ailə dəyərlərinə həsr olunmuş videorolik nümayiş olunmuş, maraqlı müzakirələr aparılmışdır.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər