25.04.2025, 13:54
AZ EN
30.10.2024, 08:42 286

Cəbrayıl məktəbliləri “Təhsil Oyunları Platforması” layihəsi çərçivəsində uğur qazanıblar

XƏBƏRLƏR
  • Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin və “Kapital Bank”ın dəstəyi ilə “Təhsil Oyunları Platforması” layihəsi çərçivəsində, Azərbaycan dilində, onlayn qaydada 6-9 və 10-11-ci sinif şagirdlərindən ibarət komandalar üçün "Nə? Harada? Nə zaman" intellektual oyunu üzrə Respublika Kuboku yarışı keçirilib.

Seçim turundan sonra Respublika üzrə 40 finalçı komanda müəyyən olunub. Cəbrayıl rayonunun İsgəndər Tahirov adına Mehdili kənd tam orta məktəbinin "Çinar" komandası ötən ilki uğurunu bir daha təkrarlayaraq finala vəsiqə qazanan 40 komandadan biri olub.
27 oktyabr 2024-cü il tarixdə Bakı şəhərində intellektual oyun üzrə Respublika Kubokunun final mərhələsi keçirilib. Ümumi komanda hesabında İ.Tahirov adına Mehdili kənd tam orta məktəbin 6-9 sinif şagirdlərindən ibarət "Çinar" komandası yüksək nəticə əldə edərək Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin diplomuna layiq görülüb.

Mina RƏŞİD

Oxşar xəbərlər