Bunu Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvanə Vəliyeva bu gün keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, xəritələr 2024-cü ilin may ayında BMT-nin Keniyada keçirilmiş Vətəndaş Cəmiyyəti Forumunda, sentyabrda Nyu-Yorkda “Gələcəyin Sammit”ində, noyabrda Bakıda COP29 zamanı xarici QHT-lərə paylanılıb. Bu ilin martında BMT-nin İnsan Hüquqları Şurasında da bu mövzu diqqətdə saxlanılıb.
Pərvanə Vəliyeva, həmçinin Qərbi Azərbaycan istiqamətində də QHT-lərin olduqca fəal iş apardığını, çoxsaylı uğurların əldə edildiyini diqqətə çatdırıb. Bildirib ki, Milli QHT Forumunun ofisində Qərbi Azərbaycana qayıdışla bağlı bir sıra dəyirmi masalar təşkil edilib. Eyni zamanda, ötən il bu mövzu ilə bağlı 29 layihə icra edilib. Bu il Qərbi Azərbaycanla bağlı 51 layihə QHT-lər tərəfindən icra olunacaq. (AZƏRTAC)