27.07.2024, 09:17
AZ EN
18.09.2023, 17:08 307

Dövlət Komissiyası: BQXK-nın qeydiyyatında olan 54 itkin şəxsdən 17-nin qalığı təhvil verilib

XƏBƏRLƏR
  • “Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxsləri araşdırarkən Dövlət Komissiyası bir sıra beynəlxalq təşkilatlarla, o cümlədən Beynəlxalq Qızıl Xaç Komitəsi əməkdaşlıq edib. Beynəlxalq Qızıl Xaç Komitəsi ilə bizim yazışmalarımız zamanı məlum oldu ki, əsir və girovluqda olarkən 54 azərbaycanlıya BQXK əməkdaşları baş çəkib və onlar bilavasitə Komitənin qeydiyyatında olublar”.

Bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupu rəhbərinin müavini Eldar Səmədov deyib.

Eldar Səmədov bildirib ki, 54 nəfərdən 17-nin sonradan öldüyü bildirilib və meyitləri Azərbaycan tərəfinə təhvil verilib:

“Digər 37 nəfərdən 33-nün də öldüyü bildirilsə də, onların meyiti Azərbaycan tərəfinə qaytarılmayıb".

İşçi qrupu rəhbərinin müavini 4 nəfərin taleyi haqqında isə, ümumiyyətlə, heç bir məlumat verilmədiyini deyib: “Yəni bu gün də onların sağ qalması, yaxud öldürülməsi, harasa göndərilməsi barədə heç bir fikir yoxdur”. (APA)

Oxşar xəbərlər