Bunu Səhiyyə Nazirliyinin (SN) mütəxəssis eksperti - infeksionist Təyyar Eyvazov deyib.
O bildirib ki, epidemioloji vəziyyət nəzarət olunan səviyyədədir:
“Digər tərəfdən, əksər xəstələnmə halları yüngül keçir, xəstəxanaya yatırılma sayı böyük deyil. Epidemioloji durumun daha öncə pisləşdiyi ölkələrdə də eyni halın yaşandığını, ağır formaların və ölüm sayının artmadığını nəzərə alaraq hələ ki sərt tədbirlərin tətbiqi real görünmür. Qapalı məkanlarda maskanın istifadəsi tövsiyə xarakterlidir və düşünürəm ki, onun məcburi olub-olmaması məsələsinə payızda aydınlıq gətiriləcək”.
Təyyar Eyvazov onu da qeyd edib ki, yeni ştamlar da koronovirusun növləri olduğu üçün nəsə fərqli bir mübarizə üsulu yoxdur:
“Sadəcə insanlar vəziyyətin pisləşdiyi dövrlərdə daha diqqətli olmalı və sıx toplaşma məkanlardan mümkün qədər çəkinməlidir. Vaksinasiya prosesinə qatılmayanlar bu prosesə mütləq qatılmalıdırlar. Buster doza almayan vətəndaşlar da gücləndirici doza vurdurmalıdırlar. Çünki, hazırda mövcud olan vaksinlər xəstəliyin daha yüngül keçməsi və ölümlərin azalması istiqamətində təsirlidir”. (APA)